Futbol üzrə İngiltərə Premyer Liqasında 24-cü tura start verilib.

Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə 6 qarşılaşma keçirilib.

Son turda “Kristal Pelas”la oyunda xal itirən “Mançester Siti” bu dəfə “Şeffild Yunayted”in qonağı olub və minimal hesabla qalib gəlib.

Turun mərkəzi görüşü Londonda keçirilib. “Çelsi” doğma azarkeşləri qarşısında əzəli rəqibi “Arsenal”ı qəbul edib. Dörd qolun qeydə alındığı bu matçda qalib müəyyənləşməyib. Daha dramatik alınan “Everton” – “Nyukasl” matçında da qapılara 4 qol vurulub və heç-heçə qeydə alınıb. Qonaqlar hər iki qolu matçın son saniyələrində vurublar.

İngiltərə Premyer Liqası
24-cü tur
21 yanvar

Aston Villa – Uotford 2:1
Qol: D.Luis, 68. Konsa, 90+5 – Dini, 38.

Bornmut – Brayton 3:1
Qol: Uilson, 36; 74. Qross, 41-öz qapısına – Muy, 81.

Kristal Pelas – Sauthempton 0:2
Qol: Redmond, 22. Armstronq, 48.

Everton – Nyukasl 2:2
Qol: Kin, 30. Levin, 54 – Lejen, 90+4; 90+5.

Şeffild Yunayted – Mançester Siti 0:1
Qol: Aquero, 73.

Çelsi – Arsenal 2:2
Qol: Jorjinyo, 28-pen. Aspilikueta, 84 – Martinelli, 63. Belyerin, 87.

22 yanvar

23:30 Lester – Vest Hem
23:30 Tottenhem – Norviç
00:15 Mançester Yunayted – Bernli

23 yanvar

00:00 Vulverhempton – Liverpul

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp