Futbol üzrə Fransa Liqa Kubokunda yarımfinal mərhələsinin oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Öncə Lion “Olimpik”i ilə “Lill” klubları üz-üzə gəlib. Bu komandalar əsas vaxtda qalibi müəyyənləşdirə bilməyiblər – 2:2. Bu üzdən də qalib penaltilər seriyasında bəlli olub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən lionlular finala yüksəliblər.

Digər finalçının adına “Reyms” – PSJ matçında aydınlıq gələcək.

Fransa Liqa Kuboku
Yarımfinal

21 yanvar

Olimpik (Lion) – Lill 2:2 (penaltilər 4:3)

22 yanvar

00:00. Reyms – PSJ

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp