Futbol üzrə İtaliya kubokunda 1/4 final mərhələsinə start verilib.

Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

“Napoli” doğma azarkeşləri qarşısında “Latsio”nu qəbul edib. Görüşdə minimal hesablı qələbə qazanan neapollular turnirdə yarımfinala yüksələn ilk komanda olub.

1/4 final mərhələsinin digər görüşü bu gün keçiriləcək. “Yuventus” bu mərhələdə “Roma” ilə üz-üzə gələcək.

İtaliya kubokunun 1/4 finalının digər iki görüşü isə yanvarın 28 və 29-da keçiriləcək. “Milan” “Torino” ilə, “İnter” isə “Fiorentina”yla üz-üzə gələcək.

İtaliya kuboku
1/4 final

21 yanvar

Napoli – Latsio 1:0
Qol: İnsinye, 2.

22 yanvar

23:45 Yuventus – Roma

28 yanvar

23:35 Milan – Torino

29 yanvar

23:45 İnter – Fiorentina

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp