Almaniyanın “Ersgebirge” klubu yoxlama oyunu keçirib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi Aue təmsilçisi “Lokomotiv”lə qarşılaşıb.

Almaniyanın Regional Liqasında mübarizə aparan komanda ilə görüş “Ersgebirge”nin 3:1 hesablı qələbəsiylə başa çatıb.

Dmitri Nazarov sözügedən qarşılaşmada əsas heyətdə meydana çıxıb və ikinci hissədə əvəzlənib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp