Antalyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün ilk yoxlama oyununu keçirib.

Futbolinfo.az xəbər verir ki, Samir Əliyevin çalışdırdığı yığmamız Türkiyənin “Alanyaspor” klubunun U-19 komandasıyla qarşılaşıb.

Altı qolun qeydə alındığı qarşılaşmada yığmamız inamlı qələbəyə sevinib.

Azərbaycan millisi 25 və 27 yanvarda isə Şimali Makedoniyanın U-19 yığması ilə qarşılaşacaq.

Yoxlama oyunu
22 yanvar

Azərbaycan U-19 – Alanyaspor U-19 (Türkiyə) 4:2
Qollar: Mustafa Yıldırım, 18; 55. Elçin Qasımov, 41. Balamirzə Soltanov, 61.
Türkiyə, Antalya.

Shares: