Azərbaycan millisinin qapıçısı Emil Balayevin formasını geyindiyi “Tobol” klubu heyətini yeni futbolçularla gücləndirib.

Futbolinfo.az xəbər verir ki, Kostanay təmsilçisi Stiven Ezeni və Serikjan Mujikovu transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hər iki futbolçuyla müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.

Mujikxan yarımmüdafiəçidi və son klubu “Astana” olub. 30 yaşlı futbolçu 23 dəfə də Qazaxıstan yığmasının formasını geyinib.

Eze isə son olaraq Bolqarıstanın “Lokomotiv” klubunun şərəfini qoruyub. 25 yaşlı mərkəz müdafiəçisi 13 dəfə Nigeriya millisinin formasını geyinib.

Shares: