Antalyada təlim-məşq toplanışında olan “Keşlə” bu gün növbəti oyununa çıxıb.
Futbolinfo.az xəbər verir ki, Tərlan Əhmədovun rəhbərlik etdiyi komanda Rusiyanın “Arsenal” klubu ilə qarşılaşıb.
Tula təmsilçisi ilə görüşə saat 17:45-də start verilib. Qarşılaşmada hesabı “Keşlə” açıb. Amma qalan dəqiqələrdə iki qol vuran ruslar əzmkar qələbəyə seviniblər.
“Keşlə” Antalyada keçirdiyi ilk yoxlama görüşündə Almaniyanın 3-cü Bundesliqa təmsilçisi “Zvikkau” klubuna 1:4 hesabı ilə uduzmuşdu.
Yoxlama oyunu
22 yanvar
Keşlə – Arsenal (Tula, Rusiya) 1:2
Qol: Aleksandr Kristavao, 70.
Türkiyə, Antalya.
Keşlə: 1. Stanislav Namaşko, 2. İlkin Qırtımov, 4. Slavik Alxasov (k), 5. Franko Flores, 7. Tural Bayramli, 9. Lorenzo Frutos, 10. Sezar Meza Kolli, 11. Ruslan Qurbanov, 21. Miyuşko Boyoviç, 22. Əfran İsmayılov, 25. Con Kamara.