Ukraynanın “Aleksandriya” klubu yoxlama oyunu keçirib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Pavel Paşayevin formasını geyindiyi bu klub “Çerno More” ilə qarşılaşıb.

Bolqarıstan təmsilçisi ilə görüş “Aleksandriya”nın 3:1 hesablı qələbəsiylə başa çatıb.

Pavel Paşayev də sözügedən oyunun iştirakçısı olub. O, 4 hissədən ibarət olan və hər hissəsi 30 dəqiqə olan qarşılaşmanın 3-cü hissəsində meydana daxil olub, sonadək mübarizə aparıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp