“Səbail” növbəti transferini rəsmiləşdirib.
Futbolinfo.az xəbər verir ki, paytaxt klubu Cənubi Azərbaycandan olan Peyman Keşavarzla güclənib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər mövsümün sonuna kimi müqavilə imzalayıblar. Peyman yeni komandasında 16 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Keşavarz ötən ilin əvvəlində “Sumqayıt”da da baxışda olmuş, hətta bu klubla müqavilə imzalamışdı. Lakin bu klubla 6 ay + 1 illik müqavilə imzalayan futbolçunun ötən mövsümün gedişində artıq iki komandada (Omanın “Yasan Al-Vaste” və Cənubi Azərbaycanın “Göstəriş Fulad” komandalarında) oynadığı üzə çıxınca, sumqayıtlılar bu transferdən imtina etmişdilər.
24 yaşlı müdafiəçi Cənubi Azərbaycan nəhəngi “Traktor”un yetirməsidi. O, “Maşinsazi” və “İstiqlal” klublarında da forma geyinib.