AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Futbolinfo.az xəbər verir ki, U-13 Qızlar Liqasının, “UGİM” (Naftalan) – “Gənclik UFK” oyununda “Gənclik UFK” komandasının heyətində sənədi olmayan oyunçu iştirak etdiyi üçün komandaya texniki məğlubiyyət verilib və hesab olduğu kimi saxlanılıb (6:0).
Futzal üzrə Azərbaycan Kubokunun 1/32 final mərhələsində isə “AzMİU” komandasına texniki məğlubiyyət verilib. Buna səbəb komandanın “Baker Hughes”ə qarşı keçirdiyi cavab oyununda heyətində yetərli oyunçunun olmaması olub.