“Qarabağ”ın transfer etmək istədiyi qanalı futbolçu Kvabena Ovusu ilə bağlı problem ortaya çıxıb. Futbolinfo.az xəbər verir ki, o, icarə əsasında oynadığı “Kordoba” klubunun düşərgəsini icazəsiz tərk edib.
Bununla bağlı saytımıza açıqlama verən “Kordoba”nın mətbuat xidmətinin rəhbəri Martin De la Virgen Ovusunun həqiqətən icazəsiz klubdan ayrıldığını təsdiqləyib:
“O, heç bir söz demədən klubdan ayrılıb. İndi harada olduğunu da bilmirik. Gün ərzində məlumat əldə etməyə çalışacağıq”.