“Sumqayıt” bir günlük istirahətin ardından Antalyada məşqlərini davam etdirir.

Futbolinfo.az xəbər verir ki, komanda bu gün təlim-məşq toplanışının 12-ci gününün səhər məşqini keçirib.

Təxminən 1 saat 10 dəqiqə müddətində davam edən məşq iki hissədən ibarət olub. Belə ki, ilk 30 dəqiqə ərzində fiziki hazırlıq üzrə məşq edən komandamız daha sonra isə müxtəlif toplu hərəkətləri icra edib.

Ayxan Abbasovun yetirmələri 12-ci günə axşam məşqi ilə yekun vuracaq.

Shares: