54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizəd, tanınmış jurnalist İlkin Fikrət oğlu Xəlilov seçicilərlə görüşlərə başlayıb.
Futbolinfo.az xəbər verir ki, ilk görüş namizədin ata-baba yurdu, Şabran rayonunun Qazma və Pirəbədil kəndlərində keçirilib.
Kənd agsaqqallarının və gənc fəalların qatıldığı görüş maraqlı müzakirə şəraitində keçib. Seçicilər onları narahat edən problemləri dilə gətirib. Deputatlığa namizəd İlkin Xəlilov seçicilərə özünün seçki platformasını açıqlayıb, seçicilərin suallarını cavablandırıb.
Namizədin növbəti görüşləri Şabran rayonunun ən böyük kəndləri sayılan Gəndob və Ağalıqda keçiriləcək.