“Keşlə”nin yarımmüdafiəçisi Vüsal İsgəndərli klub tərəfindən cərimələnib.
Futbolinfo.az “Sportinfo”ya istinadən xəbər verir ki, o, Tərlan Əhmədovdan üzr də istəməli olub.
Buna səbəb məşqdə komanda yoldaşını təhqir eləməsi və ona “sakitləş” deyən baş məşqçiyə sərt tonda cavab qaytarmasıdır.
Yəni, Əhmədovun Vüsalın kollektivdən kənarlaşdırmaq istəməsi haqda yayılan xəbərlər əsassız deyil. Qış fasiləsində bəzi xarici klublardan təklif alan və bundan sonra gözü ayağının altını görməyən futbolçu artıq düşərgədə heç kimi saymır.
Hətta onu itib-batdığı “Zirə”dən gətirib, əsas heyət üzvü edən Əhmədovu da.
Tərlan bəy yarımmüdafiəçini Antalyadan Bakıya yola salmaq barədə rəhbərliyə raport yazıb, sadəcə, onun üzr istəməsindən və bir də özbaşınalıq eləməyəcəyinə dair söz verməsindən sonra cərimə ilə kifayətlənib.