PSJ futbol üzrə Fransa kubokunun yarımfinalında “Reyms”i məğlub edib.
Futbolinfo.az xəbər verir ki, 3:0 hesabıyla bitən görüş Paris təmsilçisinin futbolçusu Tanqu Kuassi üçün əlamətdar olub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Reyms”lə matçda Kuassinin vurduğu qol PSJ-nin tarixində 4000-ci olub.
PSJ-nin yetirməsi olan 17 yaşlı müdafiəçi, həm də, əsas komandanın heyətində ilk qoluna imza atıb.