İtaliyanın “İnter” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, Milan təmsilçisi Türkiyənin “Fənərbaxça” klubundan ayrılan Viktor Mozesi heyətinə qatıb.

Bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. “İnter” onu mövsümün sonuna kimi icarəyə götürüb. Amma milanlılar mövsümün sonunda futbolçunun müqavilə ilə məxsus olduğu “Çelsi”yə əlavə 12 milyon avro ödəməklə onu birdəfəlik transfer etmək hüququna da yiyələnib.

Nigeriyalı futbolçu ötən ilin qış fasiləsində “Fənərbaxça” tərəfindən “Çelsi”dən 1,5 illik icarəyə götürülmüşdü. Amma Türkiyə klubu müqavilənin sonuna yarım il qalmış 29 yaşlı forvardla vidalaşmağa razılaşıb.

Shares: