Türkiyənin “Yeni Malatyaspor” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi baş məşqçi postunu Kemal Özdeşə həvalə edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Amma tərəflər arasında imzalanan müqavilənin detalları açıqlanmayıb.

Kemal Özdeş bir neçə gün öncə istefaya göndərilən Sergen Yalçını əvəz edib. Onun sonuncu komandası mövsümün əvvəlindən çalışdırdığı “Kasımpaşa” olub. Bu komanda onun rəhbərliyi altında 13 çempionat oyununda 3 qələbə, 3 heç-heçəyə imza atıb, 7 məğlubiyyətə üzülüb.

“Yeni Malatyaspor” isə cari mövsümdə 18 oyuna topladığı 24 xalla 18 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.

Shares: