Mövsümün ikinci yarısına hazırlaşan “Qəbələ” Türkiyə toplanışını davam etdirir.
Futbolinfo.az xəbər verir ki, “qırmızı-qaralar” Antalyada təşkil olunan təlim-məşq toplanışının 12-ci gününü başa vurub.
Elmar Baxşıyevin yetirmələri günü bir məşqlə yekunlaşdırıblar. Hazırlıq prosesi günün ilk yarısına təsadüf edib. Yanvarın 22-də Bolqarıstanın “Etar” klubu ilə yoxlama oyunu (0:0) keçirən “qırmızı-qaralar” bu gün bərpaedici məşqlə kifayətləniblər. Hazırlıq prosesi əsasən topsuz çalışmalardan ibarət olub.