AFFA-nın Növbəti Hesabat-Seçki Konfrasına sayılı günlər qalsa da, futbol təsərrüfatında hər hansı təlaş yoxdu. Qurumu əlində saxlayan bir qrup işbaz çoxdan ssenari cızıb, planlarını qurublar. On görə də yanvarın 28-dəki tədbir formal xarakter daşıyacaq və daha çox baş katib Elxan Məmmədovun, onun himayədarlarının beynindəki məkrli planın rəsmiləşməsi ilə yadda qalacaq.

Futbolinfo.az xəbər verir ki, gələn həftə baş tutacaq yığıncaqda Rövnəq Abdullayev 4-cü dəfə AFFA prezidenti seçiləcək. Yeni yaradılan və futbol təsərrüfatının tam idarəçilik səlahiyyətlərinin veriləcəyi icraçı vitse-prezident postu Elxan Məmmədova tapşırılacaq. Digər vitse-prezidentlər Elşad Nəsirov, Rauf Əliyev və Vaqif Sadıqovla İsgəndər Cavadov cütlüyündən biri olacaq.

Konfrans günü yeni baş katib də müəyyənləşməlidi. İlkin ehtimallara görə, indiyədək baş katibin müavini olmuş Sərxan Hacıyev bu posta gətiriləcək. SOCAR-da mühüm vəzifə tutan, eləcə də AFFA-nın İcraiyyə Komitəsinin üzvü Mahir Məmmədovun qohumu, eləcə də ən yaxın adamı olması onun şansını artırır. Çoxillik iş təcrübəsi də Sərxan bəy üçün mühüm faktordu, daim işgüzarlığı, intriqalardan kənar durması ilə seçilib. Belə sözəbaxan adam Məmmədova da sərəlidi. Çünki Nizamnamədə baş katibə böyük səlahiyyətlər verilib və Elxan bəy iddialı birinin bu uresloda əyləşib ona problem yaratmasını istəməz. Onsuz da icraçı vitse-prezident postunun yaradılması ilə katiblik əvvəlki nüfuzda olmayacaq. Amma Məmmədov ehtiyatı əldən vermək istəmir.

Shares: