“Keşlə” Vüsal İsgəndərli ilə bağlı problemi yoluna qoyub. Məşqdə oyundaşı ilə dalaşan, daha sonra buna mane olmaq istəyən baş məşqi Tərlan Əhmədova yüksək səslə cavab qaytaran yarımmüdafiəçi heyətdə qalacaq.
Futbolinfo.az xəbər verir ki, Əhmədovun qovulmasına qərar verdiyi oyunçu sonda canını böyük məbləğdə cərimələnməklə qurtarıb. Rəhbərliyin işə qarışmasından sonra İsgəndərli üzr istəyib və heyətdə saxlanılıb. Tərlan bəy hansısa olayın baş vermədiyini bildirsə də, hadisəni ört-basdır etməyə çalışsa da, qalmaqalın olduğu dəqiqdi. Amma Vüsal indidən özünə klub axtarsa, pis olmaz. Çempionatın ilk yarısında da oxşar səhvi edən yarımmüdafiəçi Əhmədovun gözündən düşüb. Yəqin ki, futbolçu qarşıdakı turlarda tez-tez ehtiyatda qalacaq, yayda isə komandadan uzaqlaşdırılacaq.