Antalyada təlim-məşq toplanışında olan “Keşlə” bu gün sonuncu yoxlama oyununa çıxıb.

Futbolinfo.az xəbər verir ki, Tərlan Əhmədovun rəhbərlik etdiyi kollektiv “Zemplin” klubu ilə üz-üzə gəlib.

Slovakiya təmsilçisi ilə oyuna saat 13:00-da start verilib. Qarşılaşmada hesabı bakılılar açıblar. Amma slovaklar fasilədən sonra məğlubiyyətdən xilas ola biliblər. Beləcə, “Keşlə” Türkiyə toplanışını heç-heçə ilə başa vurub və sabah Bakıya qayıdacaq.

“Keşlə” Antalyada keçirdiyi əvvəlki yoxlama oyunlarında Almaniyanın “Zvikkau” klubuna 1:4, Rusiya “Arsenal”ına isə 1:2 hesabıyla uduzmuşdu.

Yoxlama oyunu
24 yanvar

Keşlə – Zemplin 1:1
Türkiyə, Antalya.

Shares: