İspaniyanın “Espanyol” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Futbolinfo.az xəbər verir ki, La Liqa təmsilçisi “Rayo Valyekano”dan Adrian Embarbanı heyətinə qatıb.

Bu barədə “Espanyol”un rəsmi saytı məlumat yayıb. 27 yaşlı yarımmüdafiəçi ilə müddəti 2024-cü ilin yayına qədər olan müqavilə imzalanıb.

“Espanyol” ispan futbolçu üçün “Rayo Valyekano”ya 10 milyon avro ödəyib.

Embarba bu mövsüm “Rayo Valyekano” formasıyla Sequndada 23 oyunda 7 qol vurub və 11 məhsuldar ötürmə edib.

Shares: