“Sumqayıt” bu gün Antalyada son məşqini keçirib.
Futbolinfo.az xəbər verir ki, komanda günü bir məşqlə başa vurub.
Təxminən 1 saat 20 dəqiqəyə yaxın davam edən məşqdə əsasən toplu çalışmalara üstünlük verilib.
Qeyd edək ki, “Sumqayıt” sabah Türkiyədə sonuncu yoxlama oyununa çıxacaq. Ayxan Abbasovun yetirmələri Qazaxıstan təmsilçisi “Şaxtyor” (Karaqanda) ilə qarşılaşacaq. Bələk bölgəsində yerləşən “Titanic” otelinin stadionunda keçiriləcək matç yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 18:00) start götürəcək.
Bununla da təlim-məşq toplanışını başa vuracaq komanda yanvarın 26-sı səhər saatlarında vətənə qayıdacaq.