Futbol üzrə İspaniya kubokunda 1/8 final mərhələsinin püşkü atılıb.
Futbolinfo.az xəbər verir ki, 1/16 finalda Madrid “Atletiko”sunu mübarizədən kənarlaşdıran “Leonesa” növbəti mərhələdə digər La Liqa təmsilçisi “Valensiya” ilə üz-üzə gələcək.
“Real” “Saraqosa”ya, “Barselona” isə “Leqanes”ə rəqib olub.
İspaniya kuboku
1/8 final
Leonesa – Valensiya
Badaxos – Qranada
Tenerife – Atletik
Saraqosa – Real
Mirandes – Sevilya
Rayo Valyekano – Vilyarreal
Barselona – Leqanes
Real Sosyedad – Osasuna