Antalyada təlim-məşq toplanışında olan “Səbail” bu gün hazırlıq prosesi çərçivəsində sonuncu yoxlama oyununa çıxıb.
Futbolinfo.az xəbər verir ki, Aftandil Hacıyevin çalışdırdığı paytaxt təmsilçisi Polşanın “Korona” komandası ilə üz-üzə gəlib.
Topkapı futbol mərkəzində keçirilən oyuna saat 16:00-da start verilib. Qarşılaşma “Səbail”in qələbəsiylə yekunlaşıb. Paytaxt təmsilçisinə qələbə gətirən yeganə qolu son dəqiqələrdə yeni transfer Hendrik Ekşteyn vurub.
“Səbail” Antalya toplanışı çərçivəsində daha öncə Qazaxıstanın “Jetısu” klubuna 0:1, Ukrayna “Olimpik”inə isə 0:3 hesabıyla uduzub, Rumıniya təmsilçisi “Voluntari” ilə heç-heçəyə (2:2) razılaşmışdı.
Yoxlama oyunu
25 yanvar
Səbail – Korona 1:0
Qol: Hendrik Ekşteyn, 89.