Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti yoldaşlıq oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız 2:0 hesablı qələbə qazanıb.
U-19-un heyətində Camal Cəfərov və Elçin Qasımov fərqlənib.
Bu komandalar arasında növbəti oyun yanvarın 27-də keçiriləcək.
Millimiz daha öncə Türkiyənin “Alanyaspor” klubunun U-19 komandasına 4:2 hesabıyla qalib gəlmişdi.