“Qəbələ” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışı çərçivəsində son yoxlama oyununda Rumıniyanın “Konkordiya” klubu ilə üz-üzə gəlib.

Futbolinfo.az xəbər verir ki, 2:2 hesablı heç-heçə ilə başa çatan qarşılaşmadan sonra “qırmızı-qaralar”ın çalışdırıcısı Elmar Baxşıyev matç və toplanış barədə fikirlərini klub saytına açıqlayıb:

“Təlim-məşq toplanışı ümumilikdə planlaşdırdığımız kimi keçdi. Nəzərdə tutulduğu kimi hazırlıq prosesində 4 yoxlama oyununda qüvvəmizi sınadıq. Sevindirici odu ki, bu matçlarda bütün oyunçulara şans verdik. Hər futbolçu şans qazanaraq oyun ritminə qoşuldu. Qarşıda bizi çempionatda marafon gözləyir. Gündən-günə komandanın daha keyfiyyətli olduğunu məşqlərdə hiss edirik. Bu matçda da bunun şahidi olduq. Görüşdə müsbət məqamlar çox idi. Müəyyən çatışmazlıq da var. Onu da yaxın gələcəkdə aradan qaldıracağıq. İndidən bütün fikrimizin 15-ci turun “Keşlə”yə qarşı oyunu ilə bağlı olduğunu demək olmaz. Toplanışı planlaşdırdığımız kimi başa vurmaq istəyirdik. Komanda bunun öhdəsindən gəldi. Məşqlərdə və oyunlarda istədiyimizi onlardan ala bildik”.

Shares: