İngiltərənin “Brayton” klubu mövsümün əvvəlində “Haddersfild”dən icarəyə götürdüyü Aaron Muyu birdəfəlik transfer edib.

Futbolinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi 29 yaşlı yarımmüdafiəçi ilə 3,5 illik sözləşmə imzalayıb. Bu barədə “Brayton”un rəsmi saytı məlumat yayıb.

Sözügedən klub avstraliyalı futbolçu üçün “Haddersfild”ə 6 milyon avro ödəyib. Avstraliya milli komandasının da üzvü olan Muy, bu mövsüm Premyer Liqada 17 oyunda 2 qol vurub.

Shares: