Futbol üzrə İngiltərə Federasiya kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, əksər qarşılaşmalar ilk oyun günündə baş tutub.

“Çelsi” “Hall Siti” ilə səfər matçında çətin qələbə qazanmaqla növbəti mərhələyə vəsiqə qazanıb.

“Vest Bromviç”, “Şeffild Uensdey”, “Lester”, “Norviç”, “Şeffild Yunayted” və “Portsmut” da adını 1/8 finala yazdırıb. Beş qarşılaşma isə heç-heçə bitib. Bu üzdən də həmin komandalar qalibi təkrar oyunlarda müəyyənləşdirəcəklər.

Federasiya kubokunun son qalibi “Mançester Siti” bu mərhələdə “Fulhem”lə qarşılaşacaq. “Liverpul” isə “Bristol Siti” – “Şrusberi Taun” cütünün qalibi ilə qarşılaşacaq.

İngiltərə Federasiya kuboku
1/16 final
25 yanvar

Northempton – Derbi Kaunti 0:0
KPR – Şeffild Uensdey 1:2
Brentford – Lester 0:1
Bernli – Norviç 1:2
Koventri – Birmingem 0:0
Milluoll – Şeffild Yunayted 0:2
Nyukasl – Okford Yunayted 0:0
Portsmut –
Barnsli 4:2
Ridinq – Kardiff Siti 1:1
Sauthempton – Tottenhem 1:1
Vest Hem – Vest Bromviç 0:1
Hall Siti – Çelsi 1:2

26 yanvar

17:00. Mançester Siti – Fulhem
19:00. Tranmir – Mançester Yunayted
21:00. Şrusberi Taun – Liverpul

27 yanvar

00:00. Bornmut – Arsenal

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp