“Barselona”nın zədəli futbolçusu Osman Dembele sağalıb.

Futbolinfo.az xəbər verir ki, 22 yaşlı hücumçu artıq komandayla birgə məşqlərə başlayıb. Bu barədə AS nəşri məlumat yayıb.

Dembele, 2019-cu ilin noyabrında, Dortmund “Borussiya”sı ilə Çempionlar Liqasının qrup mərhələsinin matçında (3:1) zədələnmişdi.

Fransalı futbolçu bu mövsüm La Liqada 5, Çempionlar Liqasında 4 oyunda iştirak edib.

Shares: