Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi hazırlıq çərçivəsində bu gün sonuncu yoxlama oyununu keçirib.

Futbolinfo.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi komanda Şimali Makedoniyanın müvafiq yaş qrupuna aid yığması ilə üz-üzə gəlib. Bu oyun da millimizin qələbəsi ilə başa çatıb. Futbolçularımız bu dəfə 2:1 hesablı qələbəyə seviniblər. U-19-un heyətindən Mustafa Yıldırım və Samir Abdullayev fərqlənib.

Bu komandalar arasında yanvarın 25-də keçirilmiş oyunda Azərbaycan millisi 2:0 hesablı qələbə qazanmışdı. Komandamız ondan öncə Türkiyənin “Alanyaspor” klubunun U-19 komandasına da 4:2 hesabıyla qalib gəlmişdi.

Yoxlama oyunu
27 yanvar

Azərbaycan – Şimali Makedoniya 2:1
Türkiyə, Antalya

Shares: