DÇ-2020-nin elit mərhələsində mübarizə aparacaq futzal yığmamız artıq Xorvatiyadadı.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisi oyunların keçiriləcəyi Osiyek şəhərində ilk məşqinə çıxıb.

Komandamız qrupda Rusiya, Slovakiya və Xorvatiya milliləri ilə birgə mübarizə aparacaq.

Qeyd edək ki, millimiz ilk oyunda ev sahibi Xorvatiya ilə qarşılaşacaq. Yanvarın 29-da keçiriləcək bu oyuna saat 23:00-da start veriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp