Türkiyədəki 13 günlük təlim-məşq toplanışından sonra yanvarın 25-də Bakıya qayıdan “Keşlə”də istirahət başa çatıb.
Futbolinfo.az xəbər verir ki, Tərlan Əhmədovun çalışdırdığı kollektiv artıq Premyer Liqanın 15-ci turu çərçivəsində keçiriləcək “Qəbələ” ilə oyuna hazırlaşır.
Qeyd edək ki, “Qəbələ” – “Keşlə” matçı fevralın 2-də baş tutacaq.