“Neftçi” Premyer Liqanın 15-ci turunda qarşılaşacağı “Sumqayıt”la oyunun hazırlığına start verib.
Futbolinfo.az xəbər verir ki, Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışını başa vuraraq yanvarın 25-də Bakıya qayıdan komanda üzvləri birgünlük fasilədən sonra bu gün klub bazasında məşqə çıxıb.
Bütün futbolçuların qatıldığı məşqdə fiziki təmrinlər və toplu çalışmalar yerinə yetirilib. Hazırlıq sabah bir məşqlə davam edəcək.
Qeyd edək ki, baxışda olan futbolçu Nabi Silla məşqçilər korpusu tərəfindən bəyənilməyərək, geri göndərilib. Bunadək əvəzedici heyətin düşərgəsində olan Dario Federiko isə əsas komandanın məşqində iştirak edib.
“Neftçi” Premyer Liqanın 15-ci turu çərçivəsində fevralın 1-də saat 17:30-da “Sumqayıt”ı qonaq edəcək.