Türkiyənin “Ankaragücü” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Mustafa Reşit Akçay çalışdıracaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Baş məşqçi postunda bir neçə gün öncə istefaya göndərilən Mustafa Kaplanı əvəz edən Mustafa Reşit Akçay ilə müqavilənin detalları açıqlanmayıb.
“Ankaragücü” bu mövsüm Türkiyə Super Liqasında 19 oyuna cəmi 13 xal toplayıb və 18 iştirakçı arasında 17-ci pillədə qərarlaşıb.