Bu gün AFFA İcraiyyyə Komitəsinin iclası keçirilib.
Futbolinfo.az xəbər verir ki, iclasda futbol üzrə Azərbaycan milli komandasının baş məşqçi postuna namizədlərlə bağlı müzakirələrin olacağı gözlənilsə də, bu, baş tutmayıb.
Bu barədə AFFA-nın yeni icraçı vitse-prezidenti, baş katib Elxan Məmmədov İcraiyyə Komitəsinin iclasından sonra keçirilən mətbuat konfransında məlumat verib.
O, baş məşqçi seçilməsinin uzun proses olduğunu deyib. Yığmanın yeni baş məşqçisi olmağa namizədlər də hələ ki, məlum deyil.
Azərbaycan milli komandasında son olaraq “sükan arxasında” xorvatiyalı mütəxəssis Nikola Yurçeviç olub. Onun AFFA ilə müqaviləsi ötən ilin sonunda başa çatıb.