AFFA-nın 2019-cu il üçün maliyyə hesabatı açıqlanıb. Assosiasiyanın gəliri 29 milyon 948 min 618 manat təşkil edib.
Bu məbləğin 11 milyon 964 min 760 manatı SOCAR-ın, 9 milyon 262 min 957 manatı UEFA-nın, 3 milyon 853 min 836 manatı “A” MYK-nın yayım hüquq gəlirinin, 2 milyon 787 min 590 manatı FİFA-nın, 1 milyon 170 min 577 manatı Bakcell MMC-nin, 566 min 593 manatı digər gəlirlərin, 122 min 165 manatı Procter & Gamble MMC-nin, 118 min PAŞA Sığortanın və nəhayət 102 min 140 manatı UNİCEF-in payına düşür.
Ötən ilin mayında Bakı Olimpiya Stadionunda “Çelsi” və “Arsenal” arasında keçirilmiş Avropa Liqasının final matçının təşkilinə 13 milyon 333 min 491 manat xərclənib.
AFFA-nın tərkibində olan Federasiyalar və Üzvlərə ayrılan vəsaitlər:
Futzal Federasiyası – 473 min 200 manat
Futbol Veteranları İttifaqı – 183 min 384 manat
Regional Futbol Federasiyası – 221 min 490 manat
Uşaq və Gənclər Federasiyası – 255 min manat
Çimərlik Futbol Federasiyası – 96 min 326 manat
Əlillər Futbol Federasiyası – 49 min 670 mnat
Peşəkar Futbol Liqası – 204 min manat
İctimai Futbol Federasiyası – 16 min 300 manat
Tələbə Futbol Federasiyası – 51 min 500 manat
Sahə Futbol Federasiyası – 7 min 500 manat
Qarabağ Əlil Döyüşçülər Federasiyası – 22 min 500 manat
İsgəndər Cavadov Bakı Futbol Akademiyası – 26 min 550 manat
Toplam: 1 milyon 607 min 420 manat
AFFA-nın balansında olan stadionların, futbol akademiyasının və milli komandaların məşq mərkəzlərinin saxlanılmasına ayrılan vəsaitlər:
“Bayıl” stadionu və akademiyası – 455 min 244 manat
“Dalğa Arena” – 577 min 316 manat
Bakı Olimpiya Stadionu – 304 min manat
Təlim-Məşq Mərkəzi – 302 min 753 mnat
Futbol Akademiyası – 161 min 652 manat
Binə stadionu – 71 min 974 manat
Ağsu stadionu – 66 min 195 manat
Bakcell Arena – 111 min 759 manat
Toplam: 2 milyon 50 min 893 manat
Azərbaycan futbol klublarına UEFA tərəfindən ayrılan vəsaitlər:
“Qarabağ” – 12 milyon 324 min 696 manat
“Neftçi” – 1 milyon 563 min 39 manat
“Qəbələ” – 706 min 196 manat
“Səbail” – 543 min 509 manat
“Zirə” – 104 min 717 manat
“Sumqayıt” – 104 min 717 manat
“Sabah” – 104 min 717 manat
Toplam: 15 milyon 451 min 591 manat