“Qalatasaray”ın fransalı oyunçusu Steven Nzonzi karyerasını ölkəsində davam etdirəcək.
Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, təcrübəli futbolçu “Renn” komandası ilə razılığa gəlib.
Fransa təmsilçisinin baş məşqçisi Julien Stefan Nzonzi ilə danışıqlar aparıldığını təsdiqləyib. Lakin o, maddi məsələlərlə əlaqədar yekun qərara gələ bilmədiklərini açıqlayıb.
Nzonzi mövsümün əvvəlində “Roma”dan icarə əsasında “Qalatasaray”a keçmişdi. O, bu komanda ilə çıxdığı 15 oyunda bir məhsuldar ötürmə edib.
Qeyd edək ki, “sarı-qırmızılar”ın baş məşqçisi Fatih Terim bir müddətdir fransalı futbolçunu heyətdən uzaqlaşdırıb. Buna onun intizamsız davaranışları səbəb olub.