İtaliyanın “Parma” klubu futbolçusu Bruno Alveşin müqaviləsinin müddətini artırıb.

Futbolinfo.az xəbər verir ki, A Seriyası təmsilçisi 38 yaşlı müdafiəçi ilə müddəti 2021-ci ilin yayına qədər olan sözləşmə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

2018-ci ilin yayında “Parma”ya keçən portuqaliyalı müdafiəçinin əvvəlki müqaviləsi mövsümün sonuna qədər idi.

Karyerası ərzində “Portu”, “Zenit”, “Fənərbaxça”, “Reyncers” kimi klublarda çıxış edən Alveş, 96 dəfə də Portuqaliya millisinin formasını geyinib.

Shares: