Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 19-cu turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” klubu da növbəti matçına çıxıb.

Aue təmsilçisi səfərdə “Vehen”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Nazarov da bu matçın iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin futbolçusu sonadək mübarizə aparıb. Cari mövsümdə 7 qola imza atan Dmitri bu dəfə fərqlənə bilməyib.

19 turdan sonra 29 xala malik “Ersgebirge” 18 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.

Shares: