İngiltərənin “Liverpul” klubunun zədəli hücumçusu Sadio Manenin vəziyyətinə aydınlıq gəlib.
Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, seneqallı futbolçu Premyer Liqanın növbəti iki oyununda iştirak etməyəcək.
O, bu gün keçiriləcək “Vest Hem” və növbəti turda baş tutacaq “Sauthempton”la qarşılaşmalarda iştirak edə bilməyəcək. Manenin vəziyyəti ilə bağlı baş məşqçi Yurgen Klopp bunları bildirib:
“Sadio “Vest Hem” və “Sauthempton”la oyunları buraxacaq. Bundan sonra onun yaxşı olacağını düşünürük. Onun əzələsində kiçik zədə vardı. Manenin zədəsi ilə bağlı bəxtimiz gətirdi. Zədə ciddi deyildi”.
Mane Premyer Liqanın 24-cü turu çərçivəsində keçirilən “Vulverhempton”la oyunda (2:0) zədələnmişdi.
Bu gün keçiriləcək “Vest Hem” – “Liverpul” oyununa saat 23:45-də veriləcək.