“Neftçi”nin sponsoru “Türk Hava Yolları”nın dəstəyi ilə İstanbula bilet qazanmaq istəyirsən? Elə isə qaydalarla tanış ol:

  1. Premyer Liqanın 15-ci turunda fevralın 1-də saat 17:30-da “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Sumqayıt” oyununda iştirak et və stadionda selfi çək.
  2. Həmin şəkli klubun Feysbuk hesabındakı müvafiq postun şərh bölməsində yerləşdir.
  3. Həmin şəkli “Neftçi”nin və “Turkish Airlines”ın rəsmi Feysbuk səhifələrini teq etmək şərtilə #GƏLƏCƏKÜÇÜNBURDAYIQ heşqeti ilə öz səhifəndə paylaş.

Hər 3 şərtə doğru əməl edən azarkeşlər arasında gələn həftə seçim ediləcək və bu seçim klubun rəsmi Feysbuk səhifəsində canlı yayımlanacaq. Seçilən 3 azarkeş arasında fevralın 16-da “Keşlə” ilə keçiriləcək növbəti ev oyununun fasiləsində penalti yarışı təşkil olunacaq. Müsabiqənin qalibi sponsor “Türk Hava Yolları”ndan İstanbula gediş-gəliş bileti əldə edəcək. İkinci və üçüncü yerin sahibləri isə digər tərəfdaşlar – “Buta Qlobal Enerji Tekstil”dən və “Park Cinema”dan mükafatlar qazanacaqlar.

Shares: