“Keşlə”nin sabiq futbolçusu Məmməd Quliyev karyerasını Tailandda davam etdirəcək.

Futbolinfo.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi “Kamhenqphet”ə transfer olunub.

Bu barədə klubun “Facebook”dakı rəsmi səhifəsi məlumat yayıb. Quliyev, 3-cü liqa təmsilçisi ilə bir illik müqavilə imzalayıb.

2016-2018-ci illərdə “Keşlə”də forma geyinən Məmmədin son klubu “Şüvəlan” olub.

Shares: