“Barselona”nın futbolçusu Karles Peres karyerasını İtaliyada davam etdirəcək.

Futbolinfo.az xəbər verir ki, 21 yaşlı hücumçu “Roma” klubuna keçəcək.

Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Peres, bu gün tibbi müayinədən keçmək üçün Romaya gəlib. “Roma” ispan hücumçu üçün “Barselona”ya 15 milyon avro ödəyəcək.

Bu mövsüm “Barselona” ilə La Liqada 10 oyunda iştirak edən Peres, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

“Roma” Pereslə yanaşı, İspaniyadan daha bir yarımmüdafiəçi dəvət edib. Söhbət “Elçe”nin xavbeki Qonsalo Vilyardan gedir. 21 yaşlı futbolçu artıq Romadadı və tibbi baxışdan keçib. İspaniyalı yarımmüdafiəçinin transferi “Roma”ya 5 milyon avroya başa gələcək.

Shares: