Türkiyə millisinin və “Beşiktaş”ın hücumçusu Oğuzhan Özyakupun Niderland “Feyenoord”una keçidi rəsmiləşib.
Futbolinfo.az xəbər verir ki, bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb.
Niderland təmsilçisi 27 yaşlı hücumçunu mövsümün sonuna kimi icarəyə götürüb. Oğuzhan yeni komandasında 18 nömrəli formanı
geyinəcək.
“AZ Alkmaar” və London “Arsenal”ının yetirməsi olan Özyakup, “Beşiktaş”da 2012-ci ildən çıxış edir. 27 yaşlı futbolçunun klubu ilə 2022-ci ilin yayına kimi müqaviləsi var. O, Türkiyə millisində 42 oyun keçirib, 1 qola imza atıb.