Futbol üzrə Fransa kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, bu gün daha üç qarşılaşma baş tutub.

PSJ “Pau” ilə oyundan inamlı qələbə ilə ayrılıb. Marsel “Olimpik”i də “Strasburq”a heç bir şans verməyib.

“Lill” isə gözlənilmədən mübarizəni dayandırıb. Sözügedən komanda həvəskarlardan ibarət “Epinal”la bacarmayıb.

Daha öncə rəqiblərinə qalib gələn “Renn”, “Belfort”, “Dijon” və “Sent-Etyen” 1/4 finala vəsiqə qazanmışdı.

Fransa kuboku
1/8 final
28 yanvar

Anje – Renn 4:5
Belfort – Monpelye 0:0 (penaltilər 5:4)
Limonest – Dijon 1:2
Monako – Sent-Etyen 0:1

29 yanvar

Epinal – Lill 2:1
Pau – PSJ 0:2
Olimpik (Marsel) – Strasburq 3:1

30 yanvar

23:55. Nitsa – Olimpik (Lion)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp