“Mançester Yunayted” azarkeşləri klubun vitse-prezidenti Ed Vudvordun evinə hücum ediblər.
Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, 20-yə yaxın fanat, “Mançester Yunayted”in bu mövsümkü uğursuzluğunun əsas səbəbkarı kimi gördükləri Ed Vudvordla danışmaq üçün onun Çeşir qraflığında yerləşən evinə gəlib. Ancaq 48 yaşlı futbol funksioneri evdə olmayıb və azarkeşlər Vudvordun həyətinə məşəl atıblar.
Hadisəylə bağlı “Mançester Yunayted” klubunun mətbuat xidməti açıqlama yayıb. Açıqlamada, Vudvordun evinə hücumla bağlı polisin araşdırma başlatdığı və həmin azarkeşlərin “qırmızı şeytanlar”ın stadionuna girişinin ömürlük qadağan ediləcəyi bildirilib.
Ed Vudvord 2013-cü ildən “Mançester Yunayted”in vitse-prezidentidi.