“Barselona”nın futbolçusu Abel Ruis karyerasını Portuqaliyada davam etdirə bilər.
Futbolinfo.az xəbər verir ki, 20 yaşlı hücumçu “Braqa” klubuna keçməyə yaxındı.
Bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb. “Braqa” Ruis üçün “Barselona”ya 10 milyon avro təklif edib. İspan forvardın keçidi reallaşsa, bu, Portuqaliya təmsilçisinin tarixində rekord məbləğli transfer olacaq.
“Barselona” Ruisi “Braqa”ya satacağı halda, növbəti 3 il ərzində futbolçunu daha az məbləğə geri qaytarmaqla bağlı hüququ olacaq.
“Barselona”nın yetirməsi olan hücumçu bu mövsüm B komandası ilə 19 oyunda 3 qol vurub.
Qeyd edək ki, Kataloniya təmsilçisinin daha bir futbolçusu Karles Peres də “Roma”ya keçmək üzrədi.