DÇ-2020-nin elit-raund mərhələsində mübarizəyə başlayan futzal üzrə Azərbaycan millisi ilk cəhdə yenilgi ilə üzləşdi.

Futbolinfo.az xəbər verir ki, Xorvatiya ilə matçdan sonra komandamızın aparıcı üzvlərindən Vassura federasiyanın rəsmi saytına açıqlama verib:

“Çətin oyun oldu. Məncə, yaxşı oynadıq. Ancaq vacib olan qələbə qazanmaq idi ki, bunu bacarmadıq. İlk oyunlarda hər zaman stress, əsəb gərginliyi olur. Rəqibimiz doğma meydanda çıxış edirdi. Bu da onlarda özünəinam yaratmışdı. Bizim də qapı istiqamətinə çoxlu zərbələrimiz oldu. Təəssüf ki, hədəfə düşə bilmədik. Hətta qapı dirəyini də nişan aldıq”.

Milli üzvü azarkeşləri ümidini itirməməyə çağırıb: “Rusiya millisi növbəti rəqibimiz olacaq. Onlar güclü olsalar da, yenilməz deyillər. Rəqibimizə hörmət edirik. Ancaq öz oyunumuzu oynamağa, rəqibin zəif tərəflərindən xeyrimizə istifadə etməyə çalışacağıq. Təbii ki, “idman xoşbəxtliyi”nin də tərəfimizdə olması vacibdi”.

Shares: