Mövsümün ilk dövrəsini “Qəbələ”də keçirən İbrahima Niassenin yeni iş yeri məlum olub.

Futbolinfo.az xəbər verir ki, seneqallı yarımmüdafiəçi “Lamiya” klubuna keçib.

Bu barədə Yunanıstan təmsilçisinin rəsmi saytı məlumat yayıb. Niasse ilə razılaşmanın detalları açıqlanmayıb.

Niasse “Lamiya”ya keçidi haqda klubun mətbuat xidmətinə fikirlərini bildirib:

“Lamiya”da olduğum üçün çox xoşbəxtəm. Klub haqda məlumatları öyrəndim və təklif gələndə dərhal “hə” dedim. Komandanın məqsədlərinə çatması üçün əlimdən gələni edəcəm”.

Niasse 2019-cu ilin oktyabrında “Qəbələ”yə keçmişdi.

Shares: